Ankara sionist rejimin hərbi inkişafından nigarandır
https://azeri.sahartv.ir/news/türkiyə-i321356-ankara_sionist_rejimin_hərbi_inkişafından_nigarandır
Türkiyə prezidentinin baş müşaviri "Yeni Birlik" qəzetində qeydlər verərək, yazıb: Sionist rejimin silahlarının genişlənməsi çox nigaranedicidir və region ölkələrinə, xüsusən Türkiyə və İrana qarşı ciddi bir təhdid sayılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2018 03:42 Asia/Baku
  • Ankara sionist rejimin hərbi inkişafından nigarandır
    Ankara sionist rejimin hərbi inkişafından nigarandır

Türkiyə prezidentinin baş müşaviri "Yeni Birlik" qəzetində qeydlər verərək, yazıb: Sionist rejimin silahlarının genişlənməsi çox nigaranedicidir və region ölkələrinə, xüsusən Türkiyə və İrana qarşı ciddi bir təhdid sayılır.

İlnur Çevik "Yeni Birlik" qəzetində "Ölümcül silahları sionist ekstremistlərə verməyin!" başlıqlı qeyddə sionist rejimin müharibə nazirinin uzaqmənzilli raketlərin düzəldilməsi və satın alınmasına dair son mövqeyinə toxunaraq, yazıb: Sionist rejimin silahlarının xüsusən raket sahəsində genişlənməsini təkcə bu rejimin hərbi gücünün artırılması istiqamətində atılan addım hesab etmək olmaz, zira Yaxın Şərqin hər bir nöqtəsindəki hədəfləri dağıtma qabiliyyətinə malik raketlərin düzəldilməsi və ya satın alınması Qüdsü işğal etmiş rejimin həssas zamanlarda region ölkələrinə qarşı raket hücumu üzrə proqramlaşdırmasının əlamətidir.

Sionist rejimin müharibə naziri Aviqdor Liberman iki gün bundan öncə öz twitter səhifəsində bir mesaj yayaraq, iddia etmişdi ki, Yaxın Şərqin hər bir nöqtəsinə çata bilən yeni və dəqiq raketləri satın almağımız barədə razılaşma əldə olunubdur.