Ərdoğan: Amerikalı keşişin işi çətiri altında Türkiyənin dağılması mümkünsüzdür
-
Türkiyə prezidenti Rəcəb Tayyib rdoğan
Türkiyə prezidenti deyib: Amerikanın amerikalı keşiş işindən Türkiyənin iqtisadi və hərbi cəhətdən dağıdılmasında istifadə üzrə səyi mümkünsüzdür.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən bu ölkədəki valyuta böhranına toxunaraq, deyib ki, "valyuta məzənnəsi səbatsızlığı dövrü" arxada qalacaq.
Avropa ölkələri və Amerikadan savayı digər ölkələrlə həmkarlığın vacibliyini vurğulayan Ərdoğan deyib: Amerikada Türkiyə rəsmilərinə qarşı təşkil olunmuş dosyalar heç bir ölkədə mövcud deyildir.
Amerikalı rahib Andro Bransonun Türkiyədə zindana salınması, həmçinin Vaşinqton və Ankaranın qarşılıqlı addımları, o sıradan ABŞ-ın Türkiyənin ədliyyə və daxili işlər nazirlərini sanksiya etməsi və Türkiyədən polad və alüminium idxalına rüsumun ikiqat artırılmasının elan olunması Amerika-Türkiyə əlaqələrinin kəskinləşməsinə bais olubdur.
Türkiyənin məhkəmə aparatı keşiş Bransonu Gülən qrupu ilə həmkarlıqda və 2016-cı il Türkiyə çevrilişində əli olmaqda ittiham edərək, məsuliyyətə cəlb edib və onun, məhkəmə prosesinin ləğv olunması və azad edilməsi üzrə xahişi ilə müxalifət edibdir.