Türkiyə prezidenti : ABŞ-ın qeyri-qanuni tələbi ilə razılaşmayacağıq
https://azeri.sahartv.ir/news/türkiyə-i321765-türkiyə_prezidenti_abŞ_ın_qeyri_qanuni_tələbi_ilə_razılaşmayacağıq
Türkiyə prezidenti bildirib ki, ölkəsi Amerikanın keşiş Andru Branson barədəki qeyri-qanuni tələbi ilə razılaşmaycaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2018 09:21 Asia/Baku
  • Türkiyə prezidenti : ABŞ-ın qeyri-qanuni tələbi ilə razılaşmayacağıq
    Türkiyə prezidenti : ABŞ-ın qeyri-qanuni tələbi ilə razılaşmayacağıq

Türkiyə prezidenti bildirib ki, ölkəsi Amerikanın keşiş Andru Branson barədəki qeyri-qanuni tələbi ilə razılaşmaycaq.

Türkiyədə çıxan Milliyyət qəzeti yazır: Rəcəb Təyyib Ərdoğan Qırğızıstana səfərində onu müşayiət edən jurnalistlərə verdiyi müsahibədə deyib: Bronson mövzusunda hüquqi prosses davam edir. Biz əvvəlindən mövzunun öz qanuni axarında getməsini müdafiə etmişik. Bizim qeyri-qanuni tələblə razılaşmağımız mümkünsüzdür.

Ərdoğan deyib: Biz hüquqi dövlət olaraq qanuna sadiqik. Türkiyə prezidenti bildirib: Kimsə türkiyədən hüquqi prosseslərə zidd hərəkət etməsini tələb edə bilməz. Ərdoğan Türkiyənin halk bankının keçmiş direktorunun müavini Hakan Atilanın Amerikada həbs edilməsinə toxunaraq Halk Bankın Türkiyədə ən önəmli dövlət banklarından biri olduğunu və Amerikanın bu banka qarşı təhdidlərinin qəbul edilməz olduğunu bildirib. 

Türkiyə prezidenti deyib: 16 ildir mən baş nazri və sonra prezidentəm. Bəzən biz pul ödəyərək də Amerikadan olan ehtiyaclarımızı satın ala bilmirik amma terrorçu qruplar pul ödəmədən Amerikadan istənilən silahı alır  və həmin silahlar bizə qarşı istifadə edilir.