Türkiyə prezidenti İrana yola düşüb
-
Türkiyə prezidenti İrana yola düşüb
Türkiyə prezidenti İrana doğru yola düşüb
İRİB-in Ankaradan verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan bu gün yüksək səviyyəli bir heyətə başçılıq edərək İran, Türkiyə və Rusiya prezidentlərinin Suriya mövzusunda üçtərəfli iclasında iştirak etmək məqsədi ilə Tehrana doğru yola düşüb.
İran, Türkiyə və Rusiya prezidentlərinin bu gün Tehranda keçiriləcək 3-cü üçtərəfli iclasında Suriyanın qanuni hökumətinə hələ terrorçuların işğalında olan ərazilərin təmizlənilməsi üçün yardım edilməsi, Suriyada terrorizm işinə son qoyulması, Suriya böhranının həlli üçün siyasi prossesin gücləndirilməsi, 6 milyondan çox suriyalı didərginin öz ev-eşiyinə qayıtmasına şəraitin yaradılması və Suriya iqtisadiyyatının təməllərinin yenidən qurulması üçün beynəlxalq dəstəyin cəlb olunmaıs Tehran iclasının müzakirə edəcəyi əsas mövzulardan ibarətdir.