Türkiyə-İran arasında müştərək bank təklifi
https://azeri.sahartv.ir/news/türkiyə-i322925-türkiyə_İran_arasında_müştərək_bank_təklifi
Türkiyənin İranla ticarət əlaqələri şurasının həmsədri iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin genişlənməsi və milli valyuta ilə ticarət barədə razılığın əldə olunmasının ardınca iki ölkə arasında ticarət əməliyyatlarının həyata keçirilməsi üçün müştərək bankın təsis edilməsini təklif edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2018 04:35 Asia/Baku
  • Türkiyə-İran arasında müştərək bank təklifi
    Türkiyə-İran arasında müştərək bank təklifi

Türkiyənin İranla ticarət əlaqələri şurasının həmsədri iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin genişlənməsi və milli valyuta ilə ticarət barədə razılığın əldə olunmasının ardınca iki ölkə arasında ticarət əməliyyatlarının həyata keçirilməsi üçün müştərək bankın təsis edilməsini təklif edib.

İRNA-nın verdiyi məlumata görə, Ümid Kilər İran, Türkiyə və Rusiya arasında son Tehran sammitindəki müzakirələrə toxunaraq müştərək bankın yaradılmasının İran-Türkiyə əlaqələrinin təkmilləşdirici halqası olduğunu bildirib və deyib: Bu iclasın kənarında İranın mərkəzi bankının başçısı da üç ölkə arasında ticarət mübadilələrinin milli valyuta ilə həyata keçirilməsinə təkid etdi. 

Kilər türkiyəli investor, iş adamları , ixracatçı və idxalatçılarının müştərək bankın təsis edilməsi və İran ilə Türkiyə arasında milli valyutadan istifadə edilməsi təklifini müsbət qarşılamalarından xəbər verib.