Ərdoğan ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid edib
https://azeri.sahartv.ir/news/türkiyə-i324270-Ərdoğan_abŞ_ın_İrana_qarşı_sanksiyalarını_tənqid_edib
Türkiyə prezidenti bir daha Amerika prezidentinin İran İslam Respublikasına qarşı yeni sanksiyaların icrası üzrə qərarına qarşı çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2018 15:33 Asia/Baku
  • Ərdoğan ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid edib
    Ərdoğan ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid edib

Türkiyə prezidenti bir daha Amerika prezidentinin İran İslam Respublikasına qarşı yeni sanksiyaların icrası üzrə qərarına qarşı çıxıb.

Rəcəb Tayyıp Ərdoğan bazar ertəsi günü Türkiyə parlamentinin açıq iclasında ABŞ-ın digər ölkələrin iqtisadiyyatlarına qarşı hücum xarakterli siyasətlərini tənqid edərək, bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaları Türkiyənin nöqteyi-nəzərindən qeyri-düzgün və yanlış bir hərəkətdir.

Türkiyə prezidenti deyib: Amerika çalışır ki, Türkiyə iqtisadiyyatına da zərbə vursun, amma bu ölkə bu hədəfin reallaşmasına mane ola bildi.

Ərdoğan bəzi ölkələrin Türkiyə-Rusiya əlaqələrini pozmaq üzrə fitnələrinə işarə edərək, əlavə edib: Bu, elə bir haldadır ki, iki ölkə, həmkarlıqları genişləndirmək üçün ciddi əzmkarlığa malikdir.

Türkiyə prezidenti vurğulayıb: Ankara Amerikanın anti-Türkiyə terror qrupları üçün casusluqda ittiham olunan ABŞ vətəndaşı Andro Brunsonun mühakiməsi bəhanəsilə Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalarla qanuni kanallarla mübarizə aparacaq.