İstanbulda Səudiyyə konsulluğu qarşısında aksiya
https://azeri.sahartv.ir/news/türkiyə-i324708-İstanbulda_səudiyyə_konsulluğu_qarşısında_aksiya
Türkiyənin İstanbul şəhərində Səudiyyə Ərəbistanının konsulluq binası qarşısında oturaq aksiya keçirənlər müxalif jurnalist Camal Xaşeqcinin azad edilməsini istəyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2018 16:20 Asia/Baku
  • İstanbulda Səudiyyə konsulluğu qarşısında aksiya
    İstanbulda Səudiyyə konsulluğu qarşısında aksiya

Türkiyənin İstanbul şəhərində Səudiyyə Ərəbistanının konsulluq binası qarşısında oturaq aksiya keçirənlər müxalif jurnalist Camal Xaşeqcinin azad edilməsini istəyiblər.

Ali-Səur rejimini tənqid edən səudiyyəli jurnalist Camal Xaşeqci Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olandan sonra yoxa çıxıb. 

Əl-Minar telekanalı bildirib ki, aksiya Türkiyədə ərəb mediya fəalları evi tərəfindən təşkil olunub. Aksiyaçılar Camal Xaşeqcinin həyatının təhlükədə olmasına görə nigarandırlar və Səudiyyə rəsmilərinin bu barədəki bəyanatlarının arxayınlıq yaratmadığını bildiriblər.