Okt 25, 2018 09:44 Asia/Baku
  • Çavuşoğlu sionist rejimin Qüdsə qarşı təcavüzlərinin dayandırılması zərurətini vurğulayıb

Türkiyənin xarici işlər naziri sionist rejimdən Fələstinə, xüsusən Qüdsi-Şərifə qarşı təcavüzlərinə son qoymasını istəyib.

Mövlud Çavuşoğlu bildirib ki, sionist rejim Fələstində, xüsusən Qüdsi-Şərifdə öz zorakılıq hərəkətləri və qanunsuz qəsəbəsalmalarını davam etdirməkdədir.

Türkiyənin xarici işlər naziri qeyd edib ki, Vaşinqtonun Təl-Əvivin qanunsuz və təcavüzkar hərəkətlərinə dəstək verməsi fələstinlilərin hüquqlarını pozmaqda və onlara əzab-əziyyət verməkdə sionistləri daha da həyasızlaşdırıbdır. O, deyib ki, sionist rejimin siyasətləri region təhlükəsizliyi və stabilliyini hədələyir.

Türkiyənin xarici işlər naziri vurğulayıb ki, bu ölkənin hökuməti və xalqı sionist rejimin Fələstinə və Qüdsə qarşı ifratçılıqları qarşısında susmayacaqlar.

Teqlər