Ərdoğan Ərəbistanın "Qaşıqçı" olayı ilə bağlı yeni ssenari hazırladığını deyib
https://azeri.sahartv.ir/news/türkiyə-i326687-Ərdoğan_Ərəbistanın_qaşıqçı_olayı_ilə_bağlı_yeni_ssenari_hazırladığını_deyib
Türkiyə prezidenti Ərəbistanın tənqidçi jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinə dair yeni ssenari hazırladığını və müəyyən bir şəxsi ittihamlardan xilas etməyə çalışdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2018 16:12 Asia/Baku
  • Ərdoğan Ərəbistanın
    Ərdoğan Ərəbistanın "Qaşıqçı" olayı ilə bağlı yeni ssenari hazırladığını deyib

Türkiyə prezidenti Ərəbistanın tənqidçi jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinə dair yeni ssenari hazırladığını və müəyyən bir şəxsi ittihamlardan xilas etməyə çalışdığını bildirib.

İRİB-nin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan çərşənbə axşamı hakim Ədalət və İnkişaf Partiyasının iclasında deyib: Jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi hadisəsi ilə bağlı araşdırmalarda heç kimə güzəştə gedilməməlidir.

Türkiyə prezidenti araşdırmaların gedişində maneə  yaratmaq üçün heç bir məntiqli dəlilin olmadığını vurğulayıb və Ərəbistanın baş prokuroruna xitabən deyib: Camal Qaşıqçının qətlə yetirilməsinə dair göstəriş verən şəxs barəsində hansısa güzəştdən danışmağa dəyməz.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə, Ərəb və Beynəlxalq mediaların nümayəndələri artıq 28 gündür ki, Ərəbistanın İstanbuldakı baş konsulluğu önündə piket keçirirlər. Onlar Camal Qaşıqçının qətlinə dair qaranlıq məqamlara aydınlıq gətirilməsini istəyirlər.

Ər-Riyad təqribən 3 həftə sükut etdikdən sonra Camal Qaşıqçının Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirilməsi faktını etiraf edib. Amma, indiyə kimi Qaşıqçının cəsədinin harada olduğuna aydınlıq gətirməyib.