Qaşıqçının cəsədinin əridilməsi fərziyyəsi Türkiyənin Baş Prokurorluğu tərəfindən təsdiq edildi
https://azeri.sahartv.ir/news/türkiyə-i327400-qaşıqçının_cəsədinin_əridilməsi_fərziyyəsi_türkiyənin_baş_prokurorluğu_tərəfindən_təsdiq_edildi
Türkiyənin Baş Prokurorluğunda olan məlumatlı bir mənbə Ərəbistanın İstanbuldakı baş konsulluğunda qətlə yetirilən ərəbistanlı jurnalist Camal Qaşıqçının cəsədinin kimyəvi turşular vasitəsilə əridilməsi fərziyyəsini təsdiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2018 16:08 Asia/Baku
  • Qaşıqçının cəsədinin əridilməsi fərziyyəsi Türkiyənin Baş Prokurorluğu tərəfindən təsdiq edildi

Türkiyənin Baş Prokurorluğunda olan məlumatlı bir mənbə Ərəbistanın İstanbuldakı baş konsulluğunda qətlə yetirilən ərəbistanlı jurnalist Camal Qaşıqçının cəsədinin kimyəvi turşular vasitəsilə əridilməsi fərziyyəsini təsdiq edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin Baş Prokurorluğunda olan məlumatlı bir mənbə bildirib: Ərəbistanın İstanbuldakı baş konsulunun mənzilində hidroflorik turşusunun və bəzi kimyəvi maddələrin izlərinə rast gəlinib. Və araşdırmaların nəticəsinə əsasən Qaşıqçının cəsədi kimyəvi turşu vasitəsilə tamamilə məhv edilib. 

Bu mənbə həmçinin, Ərəbistanın baş konsulunun İstanbuldakı mənzilinin quyusundan götürülən nümunələrdə kimyəvi maddə və turşu izlərinə rast gəlindiyini təsdiq edib. 

Türkiyə polisi Ərəbistan konsulluğuna məxsus avtomobillərdən birində kimyəvi qaz maskası aşkar etdikdən sonra, Qaşıqçının cəsədinin kimyəvi turşuda məhv edilməsi fərziyyəsini araşdırmağa başlamışdı.