Türkiyə prezidenti Qərbə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/türkiyə-i328385-türkiyə_prezidenti_qərbə_xəbərdarlıq_edib
Türkiyə prezidenti bəzi Qərb ölkələrini bu ölkədə asayiş və sabitliyi pozmaqda ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2018 18:10 Asia/Baku
  • Türkiyə prezidenti Qərbə xəbərdarlıq edib
    Türkiyə prezidenti Qərbə xəbərdarlıq edib

Türkiyə prezidenti bəzi Qərb ölkələrini bu ölkədə asayiş və sabitliyi pozmaqda ittiham edib.

Rəcəb Tayyıp Ərdoğan deyib: Bəzi Qərb ölkələri bu fikirdədirlər ki, Türkiyədəki asayiş və sabitliyi nə cür pozsunlar, amma onlar bilməlidirlər ki, heç bir ölkə Türkiyəni çaxnaşmaya sala bilməyəcəkdir.

Ərdoğan Rusiya prezidenti Vladimir Putinin dünən Türkiyədə "Turk Stream" boru kəmərinin dəniz hissəsinin inşasının başa çatması mərasimindəki iştirakına işarə edərək, deyib: Qara dənizin o tayından Türkiyəyə qədər bir boru kəməri inşa olunacaqdır ki, bu məsələ Türkiyənin hərbi qüvvələri və ordusunun qüdrətindən xəbər verir.

Ərdoğan əlavə edib: Türkiyə vətəndaşları gələn il martın 31-də keçiriləcək bələdiyyə seçkilərində səs qutusunda Türkiyənin düşmənlərinə ən böyük dərsi verəcəklər.