Ərdoğan Sorosu ittiham edib
https://azeri.sahartv.ir/news/türkiyə-i328495-Ərdoğan_sorosu_ittiham_edib
Türkiyə prezidenti amerikalı tacir və milyarder Corc Sorosu 2013-cü il Türkiyə etirazlarını maliyyələşdirməkdə ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2018 17:03 Asia/Baku
  • Ərdoğan Sorosu ittiham edib
    Ərdoğan Sorosu ittiham edib

Türkiyə prezidenti amerikalı tacir və milyarder Corc Sorosu 2013-cü il Türkiyə etirazlarını maliyyələşdirməkdə ittiham edib.

Rəcəb Tayyıp Ərdoğan deyib: 2013-cü il etirazlarına dəstək verən Cumhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu Corc Sorosun maraqlarına xidmət edibdir

Türkiyə prezidenti əlavə edib: Bu amerikalı milyarder pul vasitəsi ilə xalqları bir-birindən ayırır və onların arasında ixtilaflar salır.

2013-cü il etirazları Türkiyənin dövlət rəsmilərinin İstanbulun Taksım meydanındakı "Gəzi parkı"nı dağıtmaq və bu məkanda böyük bir satış mərkəzi tikmək barədəki qərarına görə, başlandı.