Türkiyə Amerikanı qınadı
https://azeri.sahartv.ir/news/türkiyə-i328663-türkiyə_amerikanı_qınadı
Türkiyənin müdafiə naziri Amerikanın Suriyanın şimalındakı hərbi əməliyyatlarını və Türkiyə sərhədləri yaxınlığında gözətçilik mərkəzlərinin yaradılmasını qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2018 17:55 Asia/Baku
  • Türkiyə Amerikanı qınadı
    Türkiyə Amerikanı qınadı

Türkiyənin müdafiə naziri Amerikanın Suriyanın şimalındakı hərbi əməliyyatlarını və Türkiyə sərhədləri yaxınlığında gözətçilik mərkəzlərinin yaradılmasını qınayıb.

İRNA-nın verdiyi məlumata görə, Xülusi Akar rəsmi Ankaranın indiyədək dəfələrlə bu sahədə öz narazılığını Amerikanın hərbi və siyasi rəhbərlərinə bildirməsinə toxunaraq deyib: Belə hərəkətlər regiondakı vəziyyəti daha da mürəkkəbləşdirir. 

Türkiyənin müdafiə naziri deyib: Türkiyə ordusu sərhədlərdən uzaqlarda hərhansı təhlükə və təhdidə qarşı lazımı tədbirləri həyata keçirəcək. 

ABŞ müdafiə naziri Ceyms Mətis iki gün öncə bildirmişdi ki, Amerika Türkiyənin Suriyanın şimalı ilə əlaqəda nigaranlıqlarını aradan qaldırmaq üçün Suriyanın şimalında Türkiyə sərhədləri yaxınlığında gözətçi mərkəzləri yaradır. 

Rəsmi Ankara isə belə qənaətdədir ki, Amerika öz müttəfiqləri olan terrorçu qrupları o sıradan YPG, PYD və PKK-nı  mühafizə məqsədi ilə bu kimi təşəbbüslərə əl atır.