Çavuşoğlu: Suriyanın 30 kilometrliyinədək irəliləyəcəyik
https://azeri.sahartv.ir/news/türkiyə-i350266-Çavuşoğlu_suriyanın_30_kilometrliyinədək_irəliləyəcəyik
Türkiyənin xarici işlər naziri bu ölkə qüvvələrinin Suriya ərazisinin otuz kilometrliyinədək irəliləmək niyyətindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 11, 2019 05:39 Asia/Baku
  • Çavuşoğlu: Suriyanın 30 kilometrliyinədək irəliləyəcəyik
    Çavuşoğlu: Suriyanın 30 kilometrliyinədək irəliləyəcəyik

Türkiyənin xarici işlər naziri bu ölkə qüvvələrinin Suriya ərazisinin otuz kilometrliyinədək irəliləmək niyyətindən xəbər verib.

Mövlud Çavuşoğlu dünən iddia edib ki, Türkiyənin ordu qüvvələri terorçularla mübarizə üçün Suriya ərazisinin otuz kilometrliyinədək irəliləyəcəklər.

Cavuşoğlu deyib: "Sülh bulağı" əməliyyatının ilk mərhələsində məqsəd, uzunluğu 120, eni isə otuz kilometr olan bir bölgəni təmizləməkdir.

Bu arada Londonda yerləşən "Suriya insan haqlarına nəzarət" adlı qrup dünən bildirib ki, Türkiyənin Suriyanın şimalındakı əməliyyatının başlanmasından bəri bu bölgə sakinlərindən altmış min nəfərdən çox insan didərgin düşübdür.