Türkiyə Suriya kürdlərilə müzakirə təklifinə qarşı çıxıb
-
Türkiyə Suriya kürdlərilə müzakirə təklifinə qarşı çıxıb
Türkiyənin xarici işlər naziri bu ölkənin Suriyanın şimalındakı əməliyyatının dayandırılması üzrə Amerikanın vasitəçilik təklifinə cavabda Suriya kürdlərilə müzakirəni mümkünsüz adlandırıb.
Mövlud Çavuşoğlu deyib: Türkiyə terrorçularla yalnız silahlarını yerə qoyan zaman müzakirə edəcək.
Amerika prezidenti Donald Tramp son zamanlar demişdi ki, Türkiyənin Suriyanın şimalındakı əməliyyatının başa çatması üçün kürdlərlə Ankara arasında vasitəçilik edə biləcəyinə ümid edir.
Bundan öncə də Ağ Ev təzadlı bir mövqe tutaraq, bildiribdir ki, amerikalı qüvvələr nə Türkiyənin əməliyyatına dəstək verir, nə onda iştirak edir, nə də ki, ona dəstək verir.
Siyasi müşahidəçilərin əqidələrinə görə, Amerikanın bu hərəkəti suriyalı kürdlərə hücum etmək üçün Türkiyəyə yaşıl işığın göstərilməsi deməkdir.