Ərdoğanın sözçüsü: Trampın məktubunu rədd etdik
https://azeri.sahartv.ir/news/türkiyə-i350886-Ərdoğanın_sözçüsü_trampın_məktubunu_rədd_etdik
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın sözçüsü vurğulayıb ki, Ərdoğan öz amerikalı həmkarının məktubunu qəbul etməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2019 13:07 Asia/Baku
  • Ərdoğanın sözçüsü: Trampın məktubunu rədd etdik
    Ərdoğanın sözçüsü: Trampın məktubunu rədd etdik

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın sözçüsü vurğulayıb ki, Ərdoğan öz amerikalı həmkarının məktubunu qəbul etməyib.

İbrahim Kalın vurğulayıb ki, Amerika prezidenti Donald Trampın öz türk həmkarına ünvanladığı son məktubun məzmunu və yazılış formasından təəccüblənmişdi.

Kalın bir televiziya müsahibəsində əlavə edib: Bu məktub oktyabrın 9-da, yəni telefon əlaqəsindən üç gün sonra əlimizə çatıb. Mən məktubu aldım ki, onu Türkiyə prezidentinə təqdim edəm. Bu məktubun məzmunu və yazılış qaydasından təəccübləndim. Təbii olaraq, prezident məndən istədi ki, bu ismarıcı amerikalılara verəm ki, biz tam şəkildə bu məktubun üslubu və məzmununu rədd edirik.

Tramp bir məktubda Türkiyə prezidentini qeyri-adi bir ifadədə “axmaq” xitab edibdir.

Türkiyə prezident administrasıyasının mənbələri də deyiblər ki, Ərdoğan məktubu aldı, onu rədd etdi və zibil qabına tulladı.