NATO-da Türkiyə gərginliyi: Makronun açıqlaması ittifaqı ikiyə böldü
https://azeri.sahartv.ir/news/türkiyə-i351932-nato_da_türkiyə_gərginliyi_makronun_açıqlaması_ittifaqı_ikiyə_böldü
NATO Baş katibi Yens Stoltenberq və Almaniya Kansleri Angela Merkel Fransa Prezidenti Emmanuel Makronun “NATO beyin ölümü keçirdi” açıqlamasına reaksiya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2019 07:33 Asia/Baku
  • NATO-da Türkiyə gərginliyi: Makronun açıqlaması ittifaqı ikiyə böldü
    NATO-da Türkiyə gərginliyi: Makronun açıqlaması ittifaqı ikiyə böldü

NATO Baş katibi Yens Stoltenberq və Almaniya Kansleri Angela Merkel Fransa Prezidenti Emmanuel Makronun “NATO beyin ölümü keçirdi” açıqlamasına reaksiya verib.

Makron Türkiyənin Suriyadakı hərbi əməliyyatlarını dayandırmamasına görə NATO-nu sərt şəkildə tənqid etmişdi.

Berlində mətbuat konfransı keçirən Merkelin Fransa prezidentinə cavabı belə olub:

“Fransa prezidentini öz mövqeyini bildirmək üçün sərt ifadələri seçdi. Mən NATO-dakı müttəfiqlər arasındakı münasibətlərin belə olduğunu düşünmürəm. NATO təhlükəsizliyimizin fundamental daşı olaraq qalır”.

Makronun etiraz yaradan fikirlərinə münasibət bildirən Stoltenberq isə bunları deyib:

“NATO keçmişdə də belə çətin dönəmlərdən keçib. 1956-cı ildə baş verən Süveyş gərginliyi və 2003-cü ildəki İraq müharibəsini xatırlamaq lazımdır”.