Ərdoğan Avropaya yenə hədə-qorxu gəldi
https://azeri.sahartv.ir/news/türkiyə-i352160-Ərdoğan_avropaya_yenə_hədə_qorxu_gəldi
Türkiyə prezidenti bir daha Avropa ölkələrini İŞİD məhbuslarını azad etməklə hədələyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2019 14:20 Asia/Baku
  • Ərdoğan Avropaya yenə hədə-qorxu gəldi
    Ərdoğan Avropaya yenə hədə-qorxu gəldi

Türkiyə prezidenti bir daha Avropa ölkələrini İŞİD məhbuslarını azad etməklə hədələyib.

Rəcəb Tayyıb Ərdoğan bildirib ki, bu şəxslər azad edildikdən sonra Avropadakı evlərinə geri gönəcəklər.

O, əlavə edib ki, amerikalı həmkarı Donald Trampla görüşdə Vaşinqtonun Suriyada təhlükəsiz bölgənin yaradılması üzrə razılaşmanı icra etmədiyini deyəcək.

Türkiyə prezidenti öz amerikalı həmkarının rəsmi dəvəti ilə bu ölkəyə yola düşübdür.

Elan olunmuş proqrama əsasən, Türkiyə və Amerika prezidentlərinin görüşündə ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.