Ərdoğan S-400-ə göz yummayacaq
Noy 19, 2019 14:37 Asia/Baku
-
Ərdoğan S-400-ə göz yummayacaq
Türkiyə prezidenti vurğulayıb ki, bu ölkə Rusiya istehsalı olan S-400 raket sisteminə göz yummayacaq.
Rəcəb Tayyıb Ərdoğan bu gün Ankaradakı çıxışında deyib ki, amerikalı həmkarı Donald Tramp ilə son görüşündə vurğulayıbdır ki, heç bir vəchlə S-400 hava hücumundan müdafiə sisteminə tam şəkildə göz yumaraq, “Patriot” sistemini onun yerinə qoymayacaqdır.
Rəcəb Tayyıb Ərdoğan noyabrın 15-də Amerikaya ikigünlük səfər çərçivəsində öz amerikalı həmkarı ilə görüşmüşdü.
Vaşinqton dəfələrlə Ankaranı Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini satın alacağı təqdirdə sanksiya tətbiq etməklə hədələyibdir.
Türkiyə indiyədək S-400 hava hücumundan müdafiə sistemi təchizatlarının nəzərəçarpacaq hissəsini Rusiyadan təhvil alıbdır.