Türkiyə ABŞ-ın sionist qəsəbəsalmanı himayə etməsini tənqid edib
Türkiyə prezident administrasiyasının sözçüsü dünən gecə Amerikanın sionist rejimin qərb sahilində sionist qəsəbə salmalarına legitimlik vermək üzrə hərəkətini tənqid edib.
İbrahim Kalin Türkiyə milli təhlükəsizlik şurasının bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın sədrliyi ilə keçirilən iclasından sonra bir mətbuat konfransında deyib: Amerikanın sionist rejimin sionist qəsəbə salmalarına legitimlik vermək üzrə hərəkəti beynəlxalq hüquq normalarının pozulması olaraq qəbuledilməzdir və Türkiyə Fələstin xalqının hüquqlarını himayə edir.
BMT baş katibinin sözçüsü Stefan Ducarrik də dünən Amerikanın sionistlərin işğal olunmuş ərazilərdə qəsəbə salmaları haqdakı yeni siyasətinə reaksiyada bildirib ki, bu təşkilat sionist rejimin sionist qəsəbə salmlarını qanunsuz hesab edir.
ABŞ-ın dövlət katibi bazar ertəsi günü sionist rejimin Fələstin ərazilərindəki işğalçılığını bir daha himayə edərək, bildirdi ki, Vaşinqton daha sionist rejimin qərb sahilində sionist qəsəbə salmasını beynəlxalq qanunlara zidd hesab etmir.
Mayk Pompeo Vaşinqtonun sionist rejimin qərb sahilində sionist qəsəbə salması qarşısındakı siyasətini dəyişdiyini bildirərək, iddia etdi ki, bu qəsəbəsalmalar özü-özlüyündə beynəlxalq qanunların pozulması sayılmır.