Aralıq dənizinin şərqində Türkiyənin dördüncü qazıntı əməliyyatı başlayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i352590-aralıq_dənizinin_şərqində_türkiyənin_dördüncü_qazıntı_əməliyyatı_başlayıb
Avropa Birliyinin Ankaranın Aralıq dənizinin şərqindəki qazıntıya görə xəbərdarlıq etməsinə rəğmən, Türkiyənin energetika nazirliyi bu bölgədə neft quyusunun qazıntısı üzrə dördüncü əməliyyatın başlanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2019 16:04 Asia/Baku
  • Aralıq dənizinin şərqində Türkiyənin dördüncü qazıntı əməliyyatı başlayıb

Avropa Birliyinin Ankaranın Aralıq dənizinin şərqindəki qazıntıya görə xəbərdarlıq etməsinə rəğmən, Türkiyənin energetika nazirliyi bu bölgədə neft quyusunun qazıntısı üzrə dördüncü əməliyyatın başlanmasından xəbər verib.

Türkiyənin energetika naziri Fatih Dönmez dünən bu ölkə parlamentində deyib: Ankara neft tapanadək qazıntıları davam etdirəcək.

Fatih Dönmez həmçinin Kipr üstündə Yunanıstanla olan ixtilaflara toxunaraq, iddia edib ki, Ankara Kipr türklərinin hüquqlarını müdafiə edir.

Aralıq dənizindəki çəkişmələr ötən il kəskinləşib. Buna səbəb, Türkiyə, Yunanıstan və Kiprin bölgədə qaz kəşfiyyatı və qazıntısı ilə bağlı səyləridir.

Avropa Birliyi son zamanlar bildiribdir ki, Türkiyənin Kipr sahillərində neft və qaz axtarışı istiqamətində qazıntı aparmaq üzrə layihəsi bu bölgədə böyük nigarançılığın yaranmasına bais olubdur.

Avropa Birliyi xəbərdarlıq edibdir ki, Türkiyənin bu hərəkəti gərginliklərin artmasına səbəb olub və qəbuledilməzdir.