Rus raketlərini qutuda saxlamayacağıq
-
Rus raketlərini qutuda saxlamayacağıq
Türkiyənin xarici işlər naziri, ABŞ rəsmilərinin Ankaradan, Rusiyanın zenit raket sistemlərini fəal etməməsini istəmələrinə cavab olaraq deyib: Biz bu raketləri qutuda saxlamaq üçün almamışıq. Biz ehtiyaclarımıza görə, bu raketləri satın almışıq.
Mövlud Çavuşoğlu dünən Ankarada öz somaliyalı həmkarı Əhməd İsa Əvad ilə birgə mətbuat konfransında bildiribdir ki, S-400 sistemlərindən əlavə, Türkiyə digər və daha çox sistemlərə ehtiyac duyur və Amerikanın müxalifətlərinə rəğmən, onu aktivləşdirəcəkdir.
Türkiyənin diplomatiya aparatının başçısı vurğulayıb ki, Vaşinqtonun təhdidlərinə rəğmən, Ankara Rusiya istehsalı olan S-400 raket sistemlərinə göz yummayacaqdır.
Türkiyənin Rusiya istehsalı olan S-400 raket sistemlərin satın alması Ankara ilə Vaşinqton arasında gərginliyə səbəb olubdur.
ABŞ-ın dövlət katibi Mayk Pompeo çərşənbə axşamı günü Türkiyənin S-400 raket sisteminin bir hissəsini sınamaq üzrə hərəkətindən nigarançılıq edərək, Ankaradan istədi ki, bu sistemi icra mərhələsinə çıxarmaqdan çəkinsin.
Amerika iddia edir ki, Rusiya istehsalı olan S-400 raket sisteminin NATO-nun müdafiə təchizatları ilə uyğunluğu yoxdur və bu sistemin Ankara tərəfindən satın alınması Türkiyə ordusunun sifariş verdiyi Amerika istehsalı olan yüz ədəd F-35 stels qırıcı təyyarəsinin texnoloji sirlərini təhlükəyə sala bilər.
Türkiyənin ilk S-400 raket sistemini təhvil almasından sonra Tramp hökuməti də Ankaranı F-35 qırıcıları proqramından kənara qoymaq qərarına gəldi.
Türkiyə həmçinin ABŞ konqresinin 2017-ci ildə qəbul etdiyi qanuna görə, Ağ Ev-in sanksiyaları təhlükəsi qarşısındadır. Bu qanunda rus silah və hərbi təchizatlarını satın alacaq hər bir ölkəyə qarşı tənbehedici tədbirlər nəzərdə tutulubdur.