Ərdoğan şərqi Aralıq dənizində Türkiyənin özünün bütün hüquqlarından istifadə edəcəyini vurğulayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i353578-Ərdoğan_şərqi_aralıq_dənizində_türkiyənin_özünün_bütün_hüquqlarından_istifadə_edəcəyini_vurğulayıb
Türkiyə prezidenti şərqi Aralıq dənizində Türkiyənin beynəlxalq qanunlardan mənşə alan bütün hüquqlarından istifadə edəcəyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2019 13:03 Asia/Baku
  • Ərdoğan şərqi Aralıq dənizində Türkiyənin özünün bütün hüquqlarından istifadə edəcəyini vurğulayıb
    Ərdoğan şərqi Aralıq dənizində Türkiyənin özünün bütün hüquqlarından istifadə edəcəyini vurğulayıb

Türkiyə prezidenti şərqi Aralıq dənizində Türkiyənin beynəlxalq qanunlardan mənşə alan bütün hüquqlarından istifadə edəcəyini vurğulayıb.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan İstanbulda hakim Ədalət və İnkişaf Partiyasının üzvlərinin toplantısında etdiyi çıxışında deyib: Şərqi Aralıq dənizində beynəlxalq qanunlar və dənizlər üzrə hüquqi normalardan mənşə alan bütün hüquqlarımızdan istifadə edəcək və onları müdafiə edəcəyik. 

Türkiyə prezidenti deyib: Şərqi Aralıq dənizində Ankara öz mənafeyi əsasında beynəlxalq qanunlara uyğun hərəkət edir və bu sahədə qərarlıdır. 

Aralıq dənizində çaxnaşmalar ötən il Türkiyə, Yunanıstan və Kiprin qaz kəşfiyyatı üzrə səylərindən sonra kəskinləşib. 

Avropa Birliyi Türkiyənin bu regionda qaz kəşfiyyatı əməliyyatlarının çaxnaşmaları artıracağını bildirərək bunun qəbuledilməz olduğunu deyib.