ABŞ Senatı ‘soyqırım’ qətnaməsini yekdilliklə qəbul etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i353981-abŞ_senatı_soyqırım’_qətnaməsini_yekdilliklə_qəbul_etdi
ABŞ Senatı dekabrın 12-də I Dünya Müharibəsi illərində və ondan sonra Osmanlı imperiyasında ermənilər ilə bağlı hadisələri “soyqırım” kimi tanıyıb və onunla bağlı qətnamə qəbul edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2019 06:35 Asia/Baku
  • ABŞ Senatı ‘soyqırım’ qətnaməsini yekdilliklə qəbul etdi
    ABŞ Senatı ‘soyqırım’ qətnaməsini yekdilliklə qəbul etdi

ABŞ Senatı dekabrın 12-də I Dünya Müharibəsi illərində və ondan sonra Osmanlı imperiyasında ermənilər ilə bağlı hadisələri “soyqırım” kimi tanıyıb və onunla bağlı qətnamə qəbul edib.

Bundan əvvəl Nümayəndələr Palatasında qəbul edilmiş sənədə Senatda yekdilliklə səs verilib.

Qətnamənin qəbulunun Türkiyəni hiddətləndirəcəyi qaçılmazdır. Belə bir qətnamənin qəbuluna Ağ Ev də bir o qədər meyllənmirdi, lakin indi belə görünür ki, administrasiya geri çəkilməli olub.

Beləliklə, Birləşmiş Ştatların tarixində “erməni soyqırımı” ilk dəfə olaraq dövlət səviyyəsində tanınıb. Əvvəllər buna bənzər qətnamələr ayrı-ayrı ştatlarda qəbul olunmuşdu.

Bir sıra təhlilçilərin fikrincə sənədin məhz indi qəbul olunması Vaşinqton və Ankara arasında münasibətlərin gərginliyinə görə mümkün olub.

İki ölkə arasında münasibətlərin gərginliyi Türkiyənin Suriyaya müdaxiləsindən və Ankara Rusiyadan S-400 raketlərini alandan sonra daha da artmışdı.

Qəbli tarixçilər ermənilərin iddiası ilə deyirlər ki, I Dünya Müharibəsi illərində və ondan dərhal sonra Osmanlı imperiyasında 1, 5 milyon erməni qətliam və ya deportasiya edilib, hadisəni “soyqırım” adlandırırlar.

NATO üzvü olan Türkiyə qətliam və deportasiyanın olması faktını qəbul etsə də, rəqəmlərin qat-qat şişirdildiyini bildirir.

Ankara deyir ki, erməni ölümləri sistemli siyasətin yox, bölgədəki hərbi əməliyyatların nəticəsində baş verib.

Türkiyə prezidenti bildirib ki, soyqırım iddiası siyası alətdir və ölkəsi arxivləri tarixçilərin üzünə açmağa hazırdır