Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-a cavab verdi
-
Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-a cavab verdi
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ABŞ Senatının 1915-ci il hadisələrini “Erməni soyqırımı” kimi tanımasına münasibət bildirib.
APA-nın xəbərinə görə, Türkiyə XİN layihənin qəbul edilməsini tarixin siyasiləşdirilməsini utancverici örnək kimi qiymətləndirib: “Bu, Türkiyə-ABŞ münasibətlərinin inkişaf etdirilməsi səylərinin qarşısını alan təxribat xarakterli təşəbbüsdür. Qərarın hüquqi əsası yoxdur. Belə haqsız qərarlar Türkiyənin bölgədə mənfəətlərini qorumaq hədəflərinə təsir etməyəcək”.
Türkiyə Prezident Administrasiyasının sözçüsü Fəxrəddin Altın isə layihənin qəbulu barədə deyib: “Biz erməni qardaşlarımızdan fərqli fikirlərdə elmi və akademik yollarla ortaq məxrəcə gəlmək cəhdlərinin ABŞ Konqresi tərəfindən qarşısının alınmasına icazə verməmələrini gözləyirik”.