Türkiyədə baş verən zəlzələnin tələfatı barədə ilkin məlumat; 14 nəfər həlak olub
Yan 25, 2020 04:32 Asia/Baku
-
Türkiyədə baş verən zəlzələnin tələfatı barədə ilkin məlumat; 14 nəfər həlak olub
Türkiyə mənbələri bildiriblər ki, bu ölkənin Elazığ bölgəsində 6.8 bal gücündə baş verən zəlzələ nəticəsində 14 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.
İRİB-in verdiyi məlumata görə, zəlzələ cümə günü saat 20:45-də Türkiyənin şərqində baş verib.
Bəzi qaynaqlar zəlzələnin İranın Türkiyə ilə həmsərhəd bölgələrində, İraq və Suriyanın şimalında və Livanda da hiss olunduğunu bildiriblər.
İndiyədək 2.5-5.6 bal gücündə 40-dan çox yeraltı təkanlar qeydə alınıb.
Türkiyə rəsmilərinin bildirdiklərinə görə, Elazığ vilayətində yüzlərlə ev tamamiylə dağılıb.