İstanbulda "əsrin sövdələşməsi" pislənib
https://azeri.sahartv.ir/news/türkiyə-i356939-İstanbulda_əsrin_sövdələşməsi_pislənib
Türkiyənin İstanbul şəhərində minlərlə namazqılan amerikan-sionist "əsrin sövdələşməsi" planını pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2020 17:56 Asia/Baku
  • İstanbulda
    İstanbulda "əsrin sövdələşməsi" pislənib

Türkiyənin İstanbul şəhərində minlərlə namazqılan amerikan-sionist "əsrin sövdələşməsi" planını pisləyib.

Etirazçılar bu gün cümə namazından sonra keçirdikləri aksiyada bildiriblər: Biabırçı "əsrin sövdələşməsi" planı sionist rejimin qəsbkarlıqlarına qanuni don geydirməkdir və bu plan uğursuzluğa məhkumdur.

Namazqılanlar "Amerikaya ölüm!" və "sionist rejimə ölüm!" şüarları verərək, vurğulayıblar: Qüdsi-şərif müsəlmanlar üçün müqəddəsdir və İslam Dünyası ilə Fələstinə aiddir.

Türkiyənin hiddətlənmiş xalqı bildirib ki, İslam Ümməti ABŞ prezidentinin nəhs planını qəbul etmək zillətinə heç vaxt boyun əyməyəcəkdir.