"Əsrin sövdələşməsi"ni dəstəkləyən ərəb ölkələri bəşəriyyətə xəyanət edirlər
-
"Əsrin sövdələşməsi"ni dəstəkləyən ərəb ölkələri bəşəriyyətə xəyanət edirlər
Türkiyə prezidenti dünən gecə Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasla telefon söhbətində bildirib ki, amerikan "əsrin sövdələşməsi" planını dəstəkləyən ərəb ölkələri təkcə Qüdsə və Fələstin xalqına deyil, həm də bütün bəşəriyyətə xəyanət edirlər.
Rəcəb Tayyıb Ərdoğan bu telefon söhbətində Amerikanın sionist rejimə tərəfdarlıq mövqeləri, Ərəbistanın rasist "əsrin sövdələşməsi" planı qarşısında susması, həmçinin Oman, əmirliklər və Bəhreynin bu rasist planı himayə etmələrini pisləyib. O, deyib: Bu plan qarşısında susan və ya onu dəstəkləyən ölkələrə ar olsun!
Ərdoğan Fələstin muxtariyyətinin başçısına xitabən deyib: Türkiyə xalqı bu böhranlı mərhələdə Fələstin xalqının kənarında dayanıb.
Türkiyə prezidenti cümə axşamı günü gecə amerikan-sionist "əsrin sövdələşməsi" planını pisləyib və bildirib ki, Qüds satılmır.