Türkiyə İdlibdə nə axtarır?
https://azeri.sahartv.ir/news/türkiyə-i357226-türkiyə_İdlibdə_nə_axtarır
Bu müraciəti Amerika aşkar şəkildə bəyan edir. Amerika öz müttəfiqlərinin köməyilə Suriya hərbçilərinin beynəlxalq ictimaiyyətə qayıtmalarına mane olmaq üçün əlindən gələni edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2020 18:08 Asia/Baku
  • Türkiyə İdlibdə nə axtarır?
    Türkiyə İdlibdə nə axtarır?

Bu müraciəti Amerika aşkar şəkildə bəyan edir. Amerika öz müttəfiqlərinin köməyilə Suriya hərbçilərinin beynəlxalq ictimaiyyətə qayıtmalarına mane olmaq üçün əlindən gələni edəcək.

Suriya ordusunun əməliyyatı, həmçinin terrorçuların və Türkiyə qüvvələrinin atəşkəsə sadiq qalmamaları qarşısında İdlibin kəndləri və şəhərlərinin azad edilməsi davam edir.

Dünən Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan gözlənilməz bir çıxışda dedi: Suriya ordusunun İdlibin heç bir bölməsini ələ keçirməsinə icazə verməyəcəyik. Bu gün də belə söylədi: Suriya hərbçilərinə fevral ayının sonlarınadək fürsət veririk ki, Türkiyənin Suriyadakı müşahidə mərkəzlərindən geri çəkilsinlər.

Ərdoğanın bu sözləri elə bir zamanda bəyan edilir ki, İdlibdə terrorçuların işğalı altında olan bölgələrin azad edilməsi davam edir və Türkiyənin Suriyada hərbi iştirakının daxili müxalifləri vardır.

M.K- Biz bütün qonşularımızla sülh və dostluq şəraitində yaşamaq istəyirik. Qonşu ölkənin ərazisinə qoşun çəkməyin və savaşın nə mənası var? Biz xarici siyasətdə müstəqil hərəkət etməliyik. Nə qədər buna təkid etməliyəm?

Türkiyənin xarici işlər naziri Rusiyadan Suriya böhranının siyasi həllini dəstəkləməsini istəyib. Belə bir halda, Ankaranın özü Rusiya tərəfindən müqavilələri pozmaqda ittiham edilir.

M.K- Biz Türkiyə hökumətinin Astana və Soçi müqavilələrindəki öhdəliklərinə sadiq qalmamasına etiraz edirik. Ankara ciddi şəkildə Soçi müqaviləsini icra etməlidir. Həmin müqavilədə İdlib vilayətində terrorçuların müxaliflərdən ayırd edilmələri istənilibdir.

İndi Suriya məsələsi ilə bağlı regional ixtilafların qızğın çağında həmin məsələnin region ölkələrinin öz əlləri ilə həll ediləcəyi gözlənilir. Amerika simpatiya mesajı göndərməklə bu dəfə Türkiyənin kənarında olmaq istəyir.