Amerika “Patriot” sistemini Türkiyəyə təhvil verəcək
https://azeri.sahartv.ir/news/türkiyə-i358083-amerika_patriot_sistemini_türkiyəyə_təhvil_verəcək
Amerikanın Türkiyəyə “Patriot” sisteminin təhvil verilməsindəki sabotajlarına rəğmən, bu ölkənin müdafiə naziri deyib ki, Amerika yaxın gələcəkdə bu sistemi Türkiyəyə təhvil verəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2020 16:36 Asia/Baku
  • Amerika “Patriot” sistemini Türkiyəyə təhvil verəcək
    Amerika “Patriot” sistemini Türkiyəyə təhvil verəcək

Amerikanın Türkiyəyə “Patriot” sisteminin təhvil verilməsindəki sabotajlarına rəğmən, bu ölkənin müdafiə naziri deyib ki, Amerika yaxın gələcəkdə bu sistemi Türkiyəyə təhvil verəcək.

Hulusi Akar “CNN Türk” telekanalı ilə müsahibədə deyib: Amerika Suriyada döyüşlərin genişlənməsindən və Suriyanın şimal-qərbindəki İdlib bölgəsində Türkiyə hərbçilərinin öldürülməsindən sonra Türkiyəyə “Patriot” zenit-raket sistemini təhvil vermək qərarına gəlibdir.

Türkiyənin müdafiə naziri bu ölkənin Amerikanın “Patriot” zenit-raket sisteminə ehtiyacının olmasına təkid edərək, iddia edib ki, Amerika Suriyada Türkiyə ordusuna dəstək vermir.

Cari fevral ayınını əvvəlindən bəri İdlibdə 16 Türkiyə hərbçisi öldürülüb.

Bununla bağlı, Türkiyənin müdafiə nazirliyi dünən axşam da bildirmişdi ki, Türkiyə ordusunun iki hərbçisi Suriyanın İdlib vilayətində bu ölkənin ordu qüvvələrilə döyüşdə öldürülübdür.