Türkiyə Suriyaya xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/türkiyə-i358289-türkiyə_suriyaya_xəbərdarlıq_edib
Türkiyə Prezident Administrasiyasının sözçüsü Suriya ordusunun İdlib vilayətində terrorçuların mövqelərinə qarşı əməliyyatlarının davam etməsi barədə Dəməşqə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2020 10:28 Asia/Baku
  • Türkiyə Suriyaya xəbərdarlıq edib

Türkiyə Prezident Administrasiyasının sözçüsü Suriya ordusunun İdlib vilayətində terrorçuların mövqelərinə qarşı əməliyyatlarının davam etməsi barədə Dəməşqə xəbərdarlıq edib.

İRİB-in verdiyi məlumata görə, İbrahim Kalın deyib: Suriyanın hərbi qüvvələrinin İdlibdən çıxması üçün cari ayın sonunadək müəyyən edilmiş möhlət qüvvədədir.

Türkiyə rəsmisi həmçinin dövlətinin bu mövzunu açıq şəkildə Rusiya və İran vasitəsi ilə Suriya dövlətinin diqqətinə çatdırdığını bildirərək deyib: Suriya İdlib vilayətindəki hücumlarını davam etdirərsə Türkiyənin hərbi cavabının şahidi olacaq. 

İki aydan çoxdur ki Suriya İdlib vilayətinin terrorçulardan təmizlənilməsi əməliyyatına başlayıb amma Türkiyə bu əməliyyatın əleyhinə olaraq Terrorizm ilə mübarizə bəhanəsi ilə Suriya ərazisinin bir hissəsini işğal edib. 

Türkiyənin Suriyaya hərbi təcavüzü Dəməşqin və beynəlxalq ictimaiiyyətin müxalifəti ilə üzləşib.