Ankara Türkiyədəki iranlıların koronavirus analizlərinin neqativ olduğunu vurğulayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i358365-ankara_türkiyədəki_iranlıların_koronavirus_analizlərinin_neqativ_olduğunu_vurğulayıb
Türkiyənin səhiyyə naziri bildirib ki, ötən günlərdə bu ölkəyə daxil olan iranlıların analizləri neqativ olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2020 14:24 Asia/Baku
  • Ankara Türkiyədəki iranlıların koronavirus analizlərinin neqativ olduğunu vurğulayıb
    Ankara Türkiyədəki iranlıların koronavirus analizlərinin neqativ olduğunu vurğulayıb

Türkiyənin səhiyyə naziri bildirib ki, ötən günlərdə bu ölkəyə daxil olan iranlıların analizləri neqativ olubdur.

Fəxrəddin Koca bu gün Ankarada koronavirus üzrə elmi komitənin iclasındakı çıxışında deyib: İrandan Türkiyəyə daxil olan və karantində saxlanılan müsafirlərin koronavirus analizləri mənfi olub və onların heç bir virusa yoluxmamışdı.

Türkiyənin səhiyyə naziri sonra deyib: İrandan daxil olan 140 müsafirin heç birində qızdırma olmayıb. Onların dörd nəfəri yalnız öskürürdü, iki nəfərin də boğazağrısı var idi ki, onların da vəziyyəti yaxşıdır.

 Fəxrəddin Koca sonra vəd veribdir ki, Ankara yaxın gələcəkdə İrana koronavirusu diaqnoz edən aparatlar göndərəcək

İlk dəfə ötən ilin dekabr ayının sonlarında Çinin Hubei əyalətinin Uhan bölgəsində müşahidə olunan koronavirus bu ölkənn otuz əyalətindən əlavə, 36-dan çox ölkəyə, o sıradan Qərbi Asiya ölkələrinə və İrana yayılıbdır.

Son statistikalara görə, indiyədək dünyada 81 min nəfərdən çox insan bu virusa yoluxubdur ki, bu miqdarın 30 min nəfərdən çoxu sağalıb və 2700 nəfərdən çox insan da həyatını itiribdir.