Türkiyədə on minlərlə sənaye obyekti bağlanıb
https://azeri.sahartv.ir/news/türkiyə-i359799-türkiyədə_on_minlərlə_sənaye_obyekti_bağlanıb
Türkiyənin daxili işlər naziri bildirib ki, bu ölkədə koronavirusla mübarizə tədbirləri çərçivəsində 211 min sənaye obyekti və iş yeri öz fəaliyyətini dayandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2020 12:07 Asia/Baku
  • Türkiyədə on minlərlə sənaye obyekti bağlanıb

Türkiyənin daxili işlər naziri bildirib ki, bu ölkədə koronavirusla mübarizə tədbirləri çərçivəsində 211 min sənaye obyekti və iş yeri öz fəaliyyətini dayandırıb.

Süleyman Soylu dünən Ankarada keçirdiyi mətbuat konfransında sonra bildirib ki, fəaliyyət qadağasına riayət etməyən 1542 sənaye obyekti məsuliyyətə cəlb olunacaq.

Türkiyənin daxili işlər naziri bu ölkə xalqının elan olunmuş tədbirlərə son dərəcə riayət etdiyi bir halda, mənzildən çıxış qadağasının elan olunması ehtimalı barədə verilən sualın cavabında vurğulayıb ki, digər qərarlar da çıxarılacaqdır, amma əgər insanlar özləri riayət edərlərsə, bəlkə mənzildən çıxış qadağasının elan edilməsinə ehtiyac olmuş olmasın.

Soylu həmçinin deyib: Əgər koronavirus daha artıq sürətlə yayılarsa, şübhəsiz, digər sərt tədbirlər görməyə məcbur olacağıq.

TÜRKİYƏDƏ 211 MİN SƏNAYE OBYEKTİ İŞİNİ DAYANDIRIB