Ankara: 38 terrorçu Türkiyənin hökumət qüvvələri tərəfindən öldürülüb
Türkiyə ordusu ötən on beş gündə 38 terrorçunun öldürüldüyünü bildirib.
Türkiyə ordusu dünən həmçinin bildirib ki, bu şəxslər ölkə daxili və xaricində keçirilən əməliyyatlarda öldürülüblər.
Bundan öncə özü İŞİD üzvlərilə həmkarlıqda ittiham olunan Türkiyə son illərdə bu terrorçu qrupun üzvlərinin həmin ölkənin ərazisində iştiraklarından təhlükə hiss etdiyinə görə, terrorçuların Suriya və İraqdan Türkiyə ərazisinə daxil olmalarının qarşısını almaq üçün geniş tədbirlərə başlayıbdır.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bundan öncə bu ölkə dövlətinin İŞİD terror qrupu üzvlərinin Türkiyə ərazisində həbs olunmaları üçün xüsusi tədbirlər görməsinə işarə ilə bildirmişdi ki, hazırda bu qrupun 1200-ə yaxın üzvü Türkiyədə həbsdədir. Onlardan müxtəlif milliyyətlərdən olan qadınlı-kişili 1200 nəfər həbsdədir.
TÜRKİYƏ QÜVVƏLƏRİ TƏRƏFİNDƏN 38 TERRORÇU ÖLDÜRÜLÜB