Türkiyədə 3 mindən çox yoluxma və 100 yeni vəfat halı qeydə alınıb
Apr 23, 2020 09:47 Asia/Baku
Türkiyənin müalicə orqanları bu ölkədə koronavirusa yoluxanların yeni sayını elan ediblər. Bildiriblər ki, bir gündə üç mindən çox insan bu xəstəliyə yoluxub.
Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca dünən axşam öz tvitter səhifəsində ötən sutka ərzidə bu ölkədə 3083 yeni yoluxma halının qeydə alındığını bildirib.
Türkiyənin səhiyyə nazirliyi saytının yazdığına görə, çərşənbə günündən bəri həmçinin bu ölkədə 117 nəfər bu virusa yoluxma nəticəsində həyatını itirib.
Beləliklə Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 98674, bu virusdan ölənlərin sayı isə 2376 nəfərə çatıbdır.
TÜRKİYƏDƏ COVID-19-A 3 MİNDƏN ÇOX YOLUXMA HALI QEYDƏ ALINIB
Teqlər