Türkiyədə COVID-19 infeksiyasından daha 92 nəfər ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i361123-türkiyədə_covid_19_infeksiyasından_daha_92_nəfər_ölüb
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 92 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2020 16:19 Asia/Baku
  • Türkiyədə COVID-19 infeksiyasından daha 92 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 92 nəfər ölüb.

APA-nın  xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində bu məlumatı paylaçaraq qeyd edib ki, son 24 saatda 29 230 şübhəli koronavirus testindən keçib, onlardan 2392-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 2992 nəfər ölüb, 114 653 nəfər bu infeksiyaya yoluxub, 38 809 nəfəri isə müalicə olunub. Bu gün 5018 nəfər evə buraxılıb. 

Nazir "Twitter" səhifəsində, həmçinin yazıb ki, koronavirus infeksiyasına yoluxma sayı azalmaqda davam edir.