Türkiyədən ABŞ-ın dini azadlıq ittihamına cavab
https://azeri.sahartv.ir/news/türkiyə-i361222-türkiyədən_abŞ_ın_dini_azadlıq_ittihamına_cavab
Türkiyə Xarici İşlər Nazirliyi Amerikanın bu ölkəni dini azadlıqları pozan ölkələr siyahısına salmasına münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2020 11:18 Asia/Baku
  • Türkiyədən ABŞ-ın dini azadlıq ittihamına cavab

Türkiyə Xarici İşlər Nazirliyi Amerikanın bu ölkəni dini azadlıqları pozan ölkələr siyahısına salmasına münasibət bildirib.

“Anadolu” Xəbər Agentliyinin məlumatına əsasən, Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının məruzəsinə münasibət bildirərək deyib: “Bu məruzə ötən illərdə olduğu kimi əsassız, qeyri-müəyyən mənbələr və anlaşılmaz iddialar əsasında hazırlanıb. Komissiyanın hesabatında fərdi hadisələri dini azadlığın pozulması kimi təsvir etməyə səy göstərilib.”

H. Aksoy vurğulayıb: “Bu ilki məruzədə Türkiyənin “dini azadlığı ağır şəkildə pozan və ya qanun pozuntusu ardınca olan ölkələr” kimi “ABŞ Dövlət Departamenti tərəfindən qəsdən olmuşdur.”

Qeyd edək ki,  Dövlət Departamentinin nəzdində fəaliyyət göstərən ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası bu il üçün olan raportunda 15 ölkəni dini azadlığı bərk pozduğuna görə "xüsusi diqqət siyahısında” yer almaq üçün tanıdıb. Bu ölkələr Kuba, Nikaraqua, Sudan, Özbəkistan, Əfqanıstan, Əlcəzair, Azərbaycan, Bəhreyn, Mərkəzi Afrika, Misir, İndoneziya, İraq, Qazaxıstan, Malayziya və Türkiyədir.

TÜRKİYƏDƏN ABŞ-IN DİNİ AZADLIQ İTTİHAMINA CAVAB