Türkiyə iqtisadiyyatı bu il 3,1% azalacaq
https://azeri.sahartv.ir/news/türkiyə-i361468-türkiyə_iqtisadiyyatı_bu_il_3_1_azalacaq
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Türkiyənin yerli valyutada sorğu edilməmiş uzunmüddətli suveren kredit reytinqini “BB-“ səviyyəsində təsdiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2020 09:08 Asia/Baku
  • Türkiyə iqtisadiyyatı bu il 3,1% azalacaq

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Türkiyənin yerli valyutada sorğu edilməmiş uzunmüddətli suveren kredit reytinqini “BB-“ səviyyəsində təsdiq edib.

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Türkiyənin xarici valyutada sorğu edilməmiş uzunmüddətli suveren kredit reytinqini  “B+”, yerli valyutada sorğu edilməmiş uzunmüddətli suveren kredit reytinqini isə “BB-“ səviyyəsində təsdiq edib.

SəhərAzəri-in APA-a istinadən verdiyi məlumata görə, Economics bildirir ki, reytinq agentliyinə yerli valyutada sorğu edilməmiş qısamüddətli suveren kredit reytinqi isə “B” səviyyəsində təsdiqlənib. Bütün kredit reytinqləri üzrə proqnozlar stabildir.

"S&P"nin gözləntilərinə əsasən, bu il Türkiyənin iqtisadiyyatı 3,1% azalacaq, lakin 2021-ci ildə  4,2% artacaq. 2022 və 2023-cü illərdə ÜDM ortalama 3,5% artacaq.

 

Bundan əlavə, agentlik bu il ölkədə inflyasiyanı 11,3% səviyyəsində, 2021-ci ildə isə 10,3% səviyyəsində proqnozlaşdırır.