Türkiyədə səlahiyyətlərinə xitam verilən deputatlar həbs edildi
https://azeri.sahartv.ir/news/türkiyə-i362737-türkiyədə_səlahiyyətlərinə_xitam_verilən_deputatlar_həbs_edildi
Türkiyə Böyük Millət Məclis Məclisinin səlahiyyətlərinə xitam verilən deputatları barədə məhkəmə tərəfindən həbs qərarı çıxarılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2020 04:40 Asia/Baku
  • Türkiyədə səlahiyyətlərinə xitam verilən deputatlar həbs edildi

Türkiyə Böyük Millət Məclis Məclisinin səlahiyyətlərinə xitam verilən deputatları barədə məhkəmə tərəfindən həbs qərarı çıxarılıb.

SəhərAzəri Report-a istinadən xəbər verir, Məlumata görə, Xalqların Demokratik Partiyasını (HDP) parlamentdə təmsil etmiş Leyla Güvən və partiyadaşı Musa Farisoğulları məhkəmənin qərarı ilə həbs olunublar. Onlar həbsxanaya göndəriliblər. 

Eyni zamanda daha bir deputat, barəsində həbs qərarı çıxarılmış CHP üzvü Enis Berberoğlu da İstanbulda saxlanılıb. 

Qeyd edək ki, daha əvvəl deputatlar barədə cinayət işi qaldırılıb. Bu səbəbdən onların səlahiyyətinə xitam verilib.