İyun 05, 2020 22:53 Asia/Baku
  • Türkiyənin Malatya vilayətində 5,2 bal gücündə zəlzələ

Türkiyənin Malatya vilayətinin Pütürgə rayonunda 5 bal gücündə zəlzələ olub.

SəhərAzəri -  Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) vrdiyi məlumata görə, zəlzələ yerli vaxtla 21:06-da ("UTC" vaxtı ilə saat 18:06-da) yerin 7 kilometr dərinliyində baş verib. Təkanlar ətraf vilayətlərdə də hiss olunub. 

Malatya valisi bildirib ki, ərazidə dağıntı və itkilərlə bağlı zəlzələ olan ərazidə araşdırmalar davam edir, ancaq zərərlər barədə hələlik dəqiq məlumat yoxdur.

Qeyd edək ki, bu ilin 24 yanvarında Sivricədə 6.8 maqnitudalı zəlzələ olub, dağıntılar nəticəsində Elazığda 37, Malatyada isə 4 nəfər ölmüşdü.

Teqlər