Türkiyədə hökumət qüvvələrinin əməliyyatında 3 nəfər ölüb
İyun 08, 2020 10:43 Asia/Baku
Türkiyənin daxili işlər nazirliyi bildirib ki, hökumət qüvvələrinin bu ölkənin şərqindəki Tuncəli vilayətində keçirdikləri əməliyyatda üç terrorçu öldürülüb.
SaharAzeri xəbər verir, Bu əməliyyatı Tuncəli vilayətinin xüsusi jandarm qüvvələri və “Kənd qoruyucuları” adlı qüvvələr aviasiya dəstəyi ilə Tuncəli vilayətinin Ovacık bölgəsinin ətrafında icra ediblər.
Türkiyənin daxili işlər nazirliyi hökumət qüvvələrinin son bir həftə ərzində Ovacık bölgəsində keçirdiyi əməliyyatda öldürülən terror ünsürlərinin sayını altı nəfər elan edib.
Tuncəli valiliyi bildirib ki, Türkiyənin hökumət qüvvələrinin Ovacık bölgəsindəki əməliyyatı davam edir.
Teqlər