Türkiyə Suriyaya yeni hərbi karvan göndərib
https://azeri.sahartv.ir/news/türkiyə-i363000-türkiyə_suriyaya_yeni_hərbi_karvan_göndərib
Türkiyə Suriyaya yeni bir hərbi karvan göndərdi, Suriya İnsan Hüquqları Monitoring Mərkəzi məlumat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2020 06:14 Asia/Baku
  • Türkiyə Suriyaya yeni hərbi karvan göndərib

Türkiyə Suriyaya yeni bir hərbi karvan göndərdi, Suriya İnsan Hüquqları Monitoring Mərkəzi məlumat verib.

 

 

SaharAzeri xəbər verir, Bu barədə Suriya “İnsan Haqları Monitoring Mərkəzi” öz saytında məlumat verib. Türkiyə, İdlib vilayətinin şimalında (Suriyanın şimal-qərbində) yerləşən Kəfər əl-Hüseyn sərhəd keçid məntəqəsi istiqamətindən Suriyaya yeni bir hərbi karvan göndərdi. Buraya ağır artilleriya, tank və güllə keçirməz nəqliyyat vasitələri və yük maşınları daxil olmaqla 25 nəqliyyat vasitəsi daxildir.

Yeni atəşkəs elan olunduqdan sonra Türkiyənin Suriyaya göndərdiyi nəqliyyat vasitələrinin sayı 3935-ə çatıb.