Türkiyənin ədliyyə naziri ABŞ-ın tənqidlərini cavablandırıb
https://azeri.sahartv.ir/news/türkiyə-i363129-türkiyənin_ədliyyə_naziri_abŞ_ın_tənqidlərini_cavablandırıb
Türkiyənin ədliyyə naziri ABŞ rəsmilərinin Amerikanın İstanbuldakı konsulluğunun bir sabiq yerli işçisinin səkkiz ildən çox həbsə məhkum olunması haqda Ankaraya qarşı tənqidlərinə reaksiya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2020 12:45 Asia/Baku
  • Türkiyənin ədliyyə naziri ABŞ-ın tənqidlərini cavablandırıb

Türkiyənin ədliyyə naziri ABŞ rəsmilərinin Amerikanın İstanbuldakı konsulluğunun bir sabiq yerli işçisinin səkkiz ildən çox həbsə məhkum olunması haqda Ankaraya qarşı tənqidlərinə reaksiya verib.

SaharAzeri xəbər verir, Əbdulhəmid Gül bu gün deyib: Heç bir ölkə, təşkilat və şəxs Türkiyə məhkəmələrində gedən məhkəmə proseslərinə təsir göstərə və ya məhkəmələrə bir mətləb təlqin edə bilməz.

Türkiyənin ədliyyə naziri sonra deyib ki, bu ölkənin məhkəmə aparatı müstəqil və tərəfsizdir və yalnız Türkiyənin konstitusiyası və qanunlarına tabedir.

Türkiyədə bir məhkəmə son zamanlar Amerikanın İstanbuldakı konsulluğunun işçisi Metin Topuzu casusluq və Gülən qrupuna kömək ittihamı ilə səkkiz il 9 ay həbsə məhkum edib.

Amerikanın Türkiyədəki səfirliyi və amerikalı rəsmilər bu qərarı tənqid edib və Topuzun azad olunmasını istəyiblər.

Metin Topuz 2017-ci ilin oktyabrında Amerika üçün casusluq etmək ittihamı ilə Türkiyədə həbs olunubdur.

Türkiyə hökuməti iddia edir ki, Fəthullah Gülən və onun tərəfdarları/ hökumət orqanlarına, həmçinin təhsil, hərbi və məhkəmə qurumlarına sızaraq, uğursuz 2016-cı il 15 iyul çevrilişini təşkil ediblər. Amma o, daim bu iddianı rədd edibdir.