İyun 15, 2020 15:34 Asia/Baku
  • Türkiyənin Dini İşlər Təşkilatı :

Türkiyənin Dini İşlər Təşkilatının sədri Əli Ərbaş Qüds azad edilənə qədər mübarizənin davam edəcəyini vurğulayıb.

SəhərAzəri xəbər verir, Anadolu xəbər agentliyinin məlumatına görə,Türkiyənin Dini İşlər Təşkilatının sədri Əli Ərbaş Fələstin məsələsilə bağlı deyib: "Bəzi güclərin sionist rejimini dəstəkləməsinə rəğmən, Qüdsi-Şərif tam azad edilənə qədər mübarizənin davam edəcəyini vurğulayıb. 

Türkiyənin Dini İşlər Təşkilatının yaydığı bəyanata əsasən, onlayn formatda keçirilən "Qüds və Əl-Əqsa məscidi ilə həmrəylik" konfransında iştirak edən Əli Ərbaş deyib: "Əl-Əqsa məscidi müsəlmanların ən önəmli miraslardan biri və tarixi yaddaşıdır və onu görməməzliyə yummaq olmaz".

"Fələstin və Qüdsü işğal edənlər və dünyanı müharibə və xaosa sürükləyənlər qanun, insaf, vicdan, demokratiya və insan haqları kimi dəyərlərin heç birinə əhəmiyyət vermirlər və bu vəziyyətin yeganə həl yolu müsəlmanların birləşməsidir",- deyə Əli Ərbaş əlavə edib.

Türkiyənin Dini İşlər Təşkilatının sədri Fələstin, Qüds və Əl-Əqsa məscidi ilə bağlı dini və tarixi məlumatların bütün İslam coğrafiyasının dərslikləri və təlim planlarına daxil edilməli olduğunu vurğulayıb

Teqlər