Ankara Afina ilə ixtilafların danışıqlar yolu ilə həllini vurğulayıb
Çavuşoğlu bildirib ki, Ankara Aralıq dənizinin şərqi barədə Yunanıstan hökuməti ilə müzakirə etməyə hazırdır. O, deyib ki, müzakirə yolu ilə bütün ixtilaflı məsələri həll etmək olar.
SəhərAzəri xəbər verir,Türkiyənin Yunanıstanla ixtilafların danışıqlar yolu ilə həllini vurğulaması elə bir haldadır ki, Yunanıstanın müdafiə naziri Nikos Panapotopolos bazar günü bu ölkənin öz suverenliyini qorumaq üçün Türkiyə ilə hərbi qarşıdurmaya hazır olduğunu bildirmişdi. O, qeyd etmişdi ki, Afina Ankaranın artmaqda olan son hərəkətlərini nəzarətdə saxlayır.
Panapotopolos belə qeyd edib: Türkiyənin Yunanıstanın silahlı qüvvələri ilə qarşıdurması baş verərsə, bu Ankaraya baha başa gələcəkdir.
Türkiyənin Aralıq dənizindəki hərbi hərəkətlərindən əlavə, bu ölkənin Kiprə və Yunanıstana yaxın sahillərdə qazıntı fəaliyyətləri aparması Aralıq dənizinin şərqindəki vəziyyəti gərginləşdiribdir.
Digər tərəfdən, Türkiyə ilə Liviya milli birlik hökuməti arasındakı dəniz müqaviləsindən sonra Türkiyə, Yunanıstan və Kipr arasında Aralıq dənizinin şərqindəki hidrokarbon mənbələri üstündəki gərginliklər kəskinləşibdir.
Ankara hazıda Yunanıstan və Kiprin ölkə sularındakı hakimiyyətlərinə məhəl qoymadan bu bölgədə neft qazıntılarına başlayıbdır.