İyul 09, 2020 13:57 Asia/Baku
  • Türkiyədə partlayış, 3 nəfər ölüb, 6 nəfər yaralanıb

Türkiyənin Sakarya vilayətinin Adapazar rayonunun Taşkısığı bölgəsində avtomobildə meydana gələn partlayış nəticəsində 3 əsgər ölüb, biri mülki vətəndaş olmaqla 6 nəfər yaralanıb.

SəhərAzəri Report-a istinadla xəbər verir, bu barədə “Haber7”-ə Sakarya Böyükşəhər bələdiyyəsinin sədri Ekrem Yüce bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Sakaryada fişəng fabrikində baş verən partlayış nəticəsində də 4 nəfər ölmüş, 90-dan çox insan yaralanmışdı.

Teqlər