Azərbaycan R-nın iki hərbi rəsmisi Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşüb
https://azeri.sahartv.ir/news/türkiyə-i364781-azərbaycan_r_nın_iki_hərbi_rəsmisi_türkiyə_müdafiə_sənayesi_komitəsinin_sədri_ilə_görüşüb
Azərbaycan Respublikası Hərbi Hava Qüvvələri komandanı və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Ankarada Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2020 06:34 Asia/Baku
  • Azərbaycan R-nın iki hərbi rəsmisi Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşüb

Azərbaycan Respublikası Hərbi Hava Qüvvələri komandanı və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Ankarada Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşüblər.

SəhərAzəri xəbər verir, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir öz şəxsi tvitter səhifəsində Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri komandanı Ramiz Tahirov və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayev ilə olmuş görüşünə işarə ilə/ Türkiyənin Müdafiə Sənayesinin Azərbaycan Respublikasına kömək etməyə hazır olduğunu bildirib.

Dəmir yazıb: Türkiyə, müdafiə sənayesində, silahlı pilotsuzlar, sursatlar, raketlər və elektron müharibə sistemlərində Azərbaycan Respublikası ilə əməkdaşlıq edəcək.

O, sonra bildirib: Ankara təmir, təlim və sistemlərin yenilənməsi sahələrində də Azərbaycan Respublikası ilə əməkdaşlıq edəcək.