Yunanıstan dəniz qüvvələrinin atəşi nəticəsində üç Türkiyə vətəndaşı yaralanıb
https://azeri.sahartv.ir/news/türkiyə-i365832-yunanıstan_dəniz_qüvvələrinin_atəşi_nəticəsində_üç_türkiyə_vətəndaşı_yaralanıb
Yunanıstanın dəniz qüvvələrinin Türkiyə qayığına təcavüzü nəticəsində 3 mülki şəxs yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2020 16:31 Asia/Baku
  • Yunanıstan dəniz qüvvələrinin atəşi nəticəsində üç Türkiyə vətəndaşı yaralanıb

Yunanıstanın dəniz qüvvələrinin Türkiyə qayığına təcavüzü nəticəsində 3 mülki şəxs yaralanıb.

SəhərAzəri Anadolu-a istinadla xəbər verir, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Türkiyə XİN rəhbəri bildirib ki, Yunanıstan dəniz qüvvələrinin mülki qayığa açdıqları atəş nəticəsində 3 vətəndaş yaralanıb. Onlardan birinin vəziyyəti kritikdir.

M.Çavuşoğlu vurğulayıb ki, “qarşı tərəfin əsassız iddialarına baxmayaraq, Türkiyənin “Oruç Reis” kəşfiyyat-axtarış gəmisinin Aralıq dənizində işi davam etdiriləcək.”