Rəsmi Ankara Ermənistan rəsmilərinin açıqlamasına münasibət bildirib
Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan rəsmilərinin "Sevr Müqaviləsi"nin yüz illiyi münasibətilə verdiyi açıqlamalara reaksiya verib, hansı ki, ona əsasən, Osmanlı İmperiyası bir neçə ölkəyə bölünüb.
SəhərAzəri xəbər verir, Türkiyənin Xarici İşlər Nazirliyi bir bəyanatda vurğulayıb: "Uzun illərdir Azərbaycan Respublikasının torpaqlarının bir hissəsini qanunsuz işğal edən Ermənistan regionda sülh və sabitliyin bərqərar olmasının əsas maneəsidir".
Türkiyənin Xarici İşlər Nazirliyi bu bəyanatda vurğulayıb: "Sevr Müqaviləsi Birinci Dünya Müharibəsindən sonra Türkiyənin müstəqilliyi və milli suverenliyinə son qoymaq və bu ölkəni qarçaladıqdan sonra işğal edib, məhv etməyə yönələn layihələrin aydın nümunəsidir".
Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan rəsmilərinin aqressiv siyasətləri bir kənara qoyub, ağıllı davranmasının zamanın gəlib çatdığını bəyan edib.
"Sevr Müqaviləsindən yüz il sonra hansısa hökumətin onu bir daha irəli sürməsi absurddur", - deyə Türkiyənin Xarici İşlər Nazirliyi əlavə edib.