Avq 17, 2020 16:10 Asia/Baku
  • Türkiyə-Yunanıstan əlaqələrində qalmaqallı günlər

Türkiyənin kəşfiyyat-qazma gəmilərinin Şərqi Aralıq dənizinə girişi Afina-Ankara ixtilaflarını kulminasiya nöqtəsinə çatdırıb.

Səhər Azəri bildirir ki, Yunanıstan hərbi gəmisinin Türkiyənin «Oruc Reis» kəşfiyyat-qazma gəmisinə yaxınlaşması Yunanıstan ilə Türkiyənin Aralıq dənizi sularının mülkiyyti və enerji resursları üstündəki ixtilaflarını yeni mərhələyə daxil edib.

Türkiyə prezidenti Yunanıstana xəbərdarlıqla deyib: «Oruc Reis» gəmisinə hücumun ağır nəticələri olacaq.

Rəcəb Tayyıb Ərdoğan Fransa başda olmaqla Avropa ölkələrinin Afinanın Aralıq dənizindəki siyasətlərinə dəstək vermələrini tənqid edib. Bildirib ki, onlar özlərini olduqlarından daha böyük görməməli və özlərini göstərmək ardınca olmamalıdırlar.

Ərdoğan əlavə edib: Türkiyənin digər ölkələrin hüquqlarında gözü yoxdur və hüquqlarını pozacaq hər hansı bir hərəkət qarşısında da susmayacaqdır.

Bundan öncə Fransa prezidenti Emmanuel Makron Türkiyədən istəmişdi ki, Aralıq dənizindəki kəşfiyyat-qazma əməliyyatlarını dayandırsın.

Makronun hədələyici mesajı istiqamətində Fransanın müdafiə nazirliyi bildirib ki, “Rafael” tipli iki qırıcını və “La-Fayt” esminesini Şərqi Aralıq dənizinə göndərəcək.

Teqlər